AZ

Şirkətlərin "Kapital Bank"dakı əmanətləri daha 22% artıb

"Kapital Bank"ın depozit portfelində car ilin ilk rübündə də artım  müşahidə olunub.

FED.az bu barədə bankın hesabatına istinadən xəbər verir.

Belə ki, bu dövrdə bank 6 milyard 673 milyon 562 min manat depozit portfelinə malik olub. Onun da 2 milyard 145 milyon 376 min manatı fiziki, 4 milyard 528 milyon 185 min manatı isə hüquqi şəxslərin əmanətləri olub.

2023-ci ilin sonu ilə müqayisədə depozit portfeli 965 milyon 458 min manat (14%), fiziki şəxslərin depozitləri 760 milyon 926 min manat (13%), hüquqi şəxslərin depozitləri isə 386 milyon 764 min manat (22%) artıb.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla