AZ

Avropanın bu ölkəsində jurnalistlər tətilə başladı – Xəbərlərin yayımı dayandırıldı

Yunanıstanda media nümayəndələri Həmkarlar İttifaqları Konfederasiyası (GSEE) tərəfindən çərşənbə günü keçiriləcək ümumi tətili yaxından izləmək üçün dünəndən tətilə çıxıblar.

Yenicag.az xəbər verir ki, maaşların artırılması və kollektiv əmək müqavilələrinin uzadılması kimi tələblər tələbi ilə sabah GSEE tərəfindən çağırılan ümumi tətilə dəstək olaraq mətbuat mənsubları televiziya və radioda xəbərlərin yayımını dayandırıblar.

Xəbər agentliklərinin də iştirak etdiyi tətil zamanı xəbər saytlarının məlumatları gecikib və çap media işçiləri bu gün işə gəlmədiyi üçün qəzet köşkləri rəfləri boş qalacaq.

“Jurnalistlər və media işçiləri artıq iş şəraitinin və çox aşağı maaşların girovu olmamalıdır”, – ölkənin ən böyük jurnalistlər birliyi olan ESIEA-nın bəyanatında deyilir.

Avropada jurnalistlərin həmkarlar ittifaqları tərəfindən müdafiə olunduğunu qeyd edən bəyanat müəllifləri məlumat əldə etməyin vacibliyini vurğulayıblar.

Bəyanatda media işçilərinin bütün hüquqlarının təmin edilməsi tələb olunur.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla