AZ

ABŞ Putinin aqressiv müharibəsinin qarşısında indi durmalıdır - Komitə

ABŞ Konqresinin Kəşfiyyat Komitəsi Ukraynaya yardımı dərhal təsdiq etməyə çağırıb.

 

Modern.az xəbər verir ki, gizli brifinqdən sonra müvafiq bəyanatı komitənin sədri respublikaçı Mayk Törner və komitənin yüksək vəzifəli üzvü, demokrat Cim Gims verib.

 

"Bu gün keçirilən məxfi brifinqdə komitəmizə bu həftə Ukraynaya hərbi yardımın göstərilməsinin kritik zərurəti barədə məlumat verilib. ABŞ Putinin aqressiv müharibəsinin qarşısında indi durmalıdır, çünki Ukraynada vəziyyət kritikdir", - bəyanatda deyilir.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla