AZ

Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir

Moskva

Bakı, 17 aprel, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir.

Bu barədə AZƏRTAC-a MDU-nun Bakı filialından məlumat verilib.

“Açıq qapı” günü abituriyentlər:

- 2024/2025-ci tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;

- filialın Filologiya, Tətbiqi-riyaziyyat, Kimya, Psixologiya, Iqtisadiyyat və Fizika fakültələrində bakalavr və magistr səviyyələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;

- qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcəklər.

Abituriyentlər üçün həm də filialın fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş təşkil ediləcək.

“Açıq qapı” günü aprelin 27-də saat 14:00-da təşkil olunacaq.

Ünvan: Bakı şəhəri, H.Cavid prospekti, 133 (metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığı).

Tədbir bitdikdən sonra (15:30) universitetinin kampusuna ekskursiya təşkil ediləcək.

Əlaqə telefonu: (012) 598 93 32

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla