AZ

Sertifikasiya: “Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”

Bu il xarici dil və riyaziyyat müəllimləri serifikaiya imtahanı verəcək.

 

Maraqlıdır, müəllimlər hansı məqamlara diqqət etməlidir?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, müəllimlər tədris etdiyi fənnin metodikası, iş üsulları, pedaqoji metodları oxuyub mütaliə etməlidir:

 

“İstənilən halda sertifikasiya hansısa bir müsabiqə deyil, bu imtahan hazırda müəllimlərin peşəkarlıq səviyyəsini yoxlayır. Təhsilverənlərin böyük bir hissəsi hazırlıqlardadır. Bu qəbuledilməz haldır. Reallıq ondan ibarətdir ki, indiyə qədər müəllimlərin hazırlığı minumum tələblərə cavab verməyib. Amma bundan kədərlənmək də lazım deyil. Reallığı ondan ibarətdir ki, müəllimlər hazırlıqlara, kurslara gedib, nə isə öyrənirlər və öyrəndiklərini sonradan tədrisə tətbiq edəcəklər. Bu da müəllim peşəkarlığının artmasına gətirib çıxaracaq. Növbəti illərdə həmin bu vəziyyətin müsbət nəticələrini görə biləcəyik.

 

Müəllim hər gün mütaliə edib işinə yaradıcı yanaşmalıdır. Artıq müəllimlər sertifikasiya imtahanı ilə bağlı olduqca məlumatlıdırlar, ona görə də bu il böyük çətinlik yaşayacaqlarını düşünmürəm. Sadəcə olaraq Xarici dil müəllimlərinin sertifikasiya imtahanına ciddi yanaşmalıyıq. Çünki bu sahədə müəyyən boşluqlar olduğunu görə bilirik”.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla