AZ

Ağsuda təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirilib

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib.

Avtosfer.az xəbər verir ki, rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 1962-ci il təvəllüdlü - Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov apa-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.

    Seçilən
    36
    11
    Mənbələr
    Şərh ()
    Bağla