AZ

Senatordan çağırış: Abdullahiyanı ölkəyə buraxmayın

ABŞ-ın respublikaçı senatoru Ceyms Lankford İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı BMT-yə buraxmamağa çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik Lankfordun ABŞ dövlət katibi Antoni Blinkenə məktubundan sitat gətirib: "Onun İsrailə və ABŞ qüvvələrinə qarşı terrorla əlaqəsi nəzərə alınaraq, Əmir Abdullahiyan ölkəyə buraxılmamalıdır".

Amerikalı parlamentari Abdullahiyanı diplomatik vizadan məhrum etməyə çağıraraq, diplomatın Fələstinin HƏMAS radikal qruplaşması ilə mövcud əlaqəsini açıqlayıb.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla