AZ

“Neftçi”nin legioneri ölkəsinə qayıdır

“Neftçi”nin Rusiyalı futbolçusu Reziuan Mirzov karyerasını ölkəsində davam etdirə bilər.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi bir neçə klubun maraq dairəsindədir.

Oyunçu özü də Rusiyaya qayıtmaq niyyətindədir.

Mirzov karyerası ərzində Rusiyada “Spartak”, “Rostov”, “Ximki”, Moskva “Torpedo”su, “Axmat”, “Tosno” və Tula “Arsenal”ı kimi klubların formasını geyinib.

Qeyd edək ki, Reziuan Mirzov cari mövsüm “Neftçi”nin heyətində bütün turnirlərdə 21 oyunda meydana çıxıb.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla