AZ

"Bu, yeni baş məşqçinin kim olmasından asılı deyil"

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold komandadakı dəyişikliklərlə bağlı gözləntilərini bölüşüb.

Sportinfo.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu baş məşqçi Yurgen Kloppun yayda klubdan gedəcəyinə baxmayaraq, “qırmızılar”ın gələn mövsüm Premyer Liqa çempionluğu uğrunda mübarizə apara biləcəyinə inandığını söyləyib:

“Qəribə olacaq. Bununla belə, komanda üçün yeni çağırış ideyasını bəyənirəm.

Yeni məşqçi gələcək, oyun tərzi, mədəniyyəti dəyişəcək. Oyunçular eyni zehniyyəti və qələbə arzusunu qoruyacaqlar.

Gələn mövsüm çempionluq mübarizəsində iştirak etməyimizi tələb edəcəyik. Bu, yeni baş məşqçinin kim olmasından asılı deyil”.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla