AZ

Bakıda yanan evdən içi pulla dolu seyf oğurlandı

Aprelin 13-də axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən 2 mərtəbəli evlərin birində yanğın baş verib. Nəticədə 150 kvm. sahədə yanar konstruksiyalar yanıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanğın söndürüldükdən sonra evdən içərisində 1000 ABŞ dolları olan seyfin oğurlanması aşkar edilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Əkbər Bəşirli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
38
9
Mənbələr
Şərh ()
Bağla