AZ

"Hakim hər şeyi məhv etdi" - Xavi

style='margin-bottom:10px;'>

"Barselona"nın baş məşqçisi Xavi Ernandes Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab matçından sonra hakim idarəçiliyindən narazılığını bildirib.

QOL.az xəbər verir ki, o, 1:4 hesablı məğlubiyyəti şərh edərkən matçın baş hakimi İstvan Kovaçın yanlış qərarlar verdiyini bildirib:

“Biz qəzəbliyik. Arauxonun hərəkəti qırmızı vərəqəlik deyildi. Mən belə düşünürəm. Meydanda 10 futbolçumuzun qalması bir fəlakət idi. Hakim hər şeyi məhv etdi”.

Xatırladaq ki, matçın 29-cu dəqiqəsində - "Barselona" hesabda 1:0 öndə olarkən Ronald Arauxo qırmızı vərəqə ilə cəzalandırılıb. Bundan sonra üstünlüyü ələ alan PSJ 4 qol vurub və yarımfinala yüksəlib. Komandaların Parisdəki oyunu "Barselona"nın 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla