AZ

Azyaşlıların gözü qarşısında evlərinı başlarına yıxdılar- Nə baş verir? - VİDEO

Azyaşlıların gözü qarşısında evlərinı başlarına yıxdılar- Nə baş verir? - VİDEO

Abşeron rayonu Xırdalan şəhərinə binada yaşayış ola ola söküntü işləri aparılır. İkimərtəbəli binada bütün ailələr köçürülüb. Sadəcə olaraq 1 ailə qalıb.

Sonxeber.az xəbər verir ki, ailə "Atv Xəbər"ə tikinti şirkəti ilə razılığa gələ bilmədiklərini deyib. İndi isə onları mənzillərindən zorla çıxarıblar. Şikayətçi Bakir Novruzov iddia edir ki, digər qonşulara yüksək məbləğdə kompensasiya ödəniş edilsə də, onlara sadəcə 5 min manat kirayə haqqı ödənilib.

"Yaşadığım binada hamıya təzminat ödədilər, mənə isə yox. Ailəm evdə qaldığı halda işıq, su və qazımızı kəsdilər. Mən də uşağımı ac-susuz qoymamaq üçün məcburiyyətdən çıxdım. Şirkət binanın söküntüsü ilə bağlı vaxt qoymuşdu".

SAS-2015 MTK-dan bildirilib ki, sözügedən binada keçmiş məcburi köçkünlər məskunlaşıb. Söküntü işləri məhkəmə və qanun çərçivəsində həyata keçirilir. Binada yaşayan sakinlərə isə eyni məbləğdə kompensasiya ödənilib və mənzillərini tərk etmələri tələb edilib.

Ətraflı "ATV Xəbər"in süjetində:

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla