AZ

Del Pyero: “Yuventus”da “10” nömrəni Kənan Yıldıza verin”

“Yuventus”un canlı əfsanəsi, sabiq hücumçu Alessandro Del Pyero bu klubun 18 yaşlı türk hücumçusu Kənan Yıldız haqda fikirləriin paylaşıb.

Arena.az İtaliya millisinin də sabiq üzvü olan veteran futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Əlbəttə, Kənan Yıldız oyununu ən çox bəyəndiyim gənc futbolçulardan biridir. O, artıq nəyə qadir olduğunu bir qədər nümayiş etdirib. Mən ona “10” nömrəli köynəyi verərdim”, deyə Del Pyero bildirib.

Xatırladaq ki, Alessandro özü “Yuventus”da məhz “10” nömrə altında çıxış edib.

Kənan Yıldız Almaniyanın “Bayern” klubunun yetirməsidir. 18 yaşlı futbolçu “Yuventus”a 2022-ci ilin iyul ayında azad agent kimi qoşulub. Ötən ildən Turin təmsilçisinin əsas komandasına cəlb olunan türkiyəli hücumçu artıq özündən söz etdirməyi bacarıb. Gənc yaşına baxmayaraq, o, “Yuventus”un əsas komandasında 25 oyuna çıxıb və 3 qola imza atıb.

Kənan Yıldız 2023-cü ilin oktyabr ayında debüt etdiyi Türkiyə milli komandasında da 5 oyun keçirib. O, bu oyunlarda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Kənan daha öncə ölkəsinin U-17 və U-21 yığmalarının da formasını geyinib.

“Transfermarkt” internet-portalı 18 yaşlı türkiyəli hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla