AZ

Bakıda yanan evdən içində 1000 dollar olan seyf oğurlanıb

Aprelin 13-də axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən 2 mərtəbəli evlərin birində yanğın baş verib.

APA DİN-ə istinadən xəbər verir ki, nəticədə 150 kvm. sahədə yanar konstruksiyalar yanıb.

Yanğın söndürüldükdən sonra evdən içərisində 1000 ABŞ dolları olan seyfin oğurlanması aşkar edilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Əkbər Bəşirli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
41
9
Mənbələr
Şərh ()
Bağla