AZ

iPhone satışları azalacaq - SƏBƏB

Android smartfonlarının satışları 2024-cü ildə iPhone satışlarından daha sürətli artacaq.
 

Sfera.az xəbər verir ki, bu barədə CNN Beynəlxalq Məlumat Korporasiyasının (IDC) məlumatlarına istinadən məlumat yayıb.


Tədqiqat firması hesab edir ki, Android cihazlarının tədarükü Apple smartfonlarının tədarükü ilə müqayisədə təxminən iki dəfə artacaq. Bu artımın əsas səbəblərindən biri kimi Çin bazarı göstərilib.


IDC vurğulayıb ki, Çin Tim Kukun şirkəti üçün son dərəcə vacib region olaraq qalır - Apple reklam və endirimlər vasitəsilə satışları artırmağa çalışır. Bununla belə, bir çox yerli istehlakçılar milli brendlərə - Huawei, Xiaomi, Oppo və başqalarına daha çox diqqət yetirməyə başlayıblar. Bu səbəbdən Çində iPhone satışları çökə bilər.


Apple həmçinin aparıcı smartfon istehsalçıları arasından onunla seçilir ki, o, hələ süni intellekt (AI) xidmətlərini öz qurğularına inteqrasiya etməyib. IDC-nin tədqiqat direktoru Nabila Popal deyib: “Ümid edirik ki, iyunda keçiriləcək tərtibatçı konfransında bununla bağlı bəzi mesajlar eşidəcəyik".


Eyni zamanda, Apple, Popal-a görə, koronavirus pandemiyası zamanı təchizat problemlərini uğurla aradan qaldıran ən sabit smartfon markalarından biri olaraq qalır.

İnci

Sfera.az
 

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla