AZ

Çin bankları Rusiyadan ödənişlər qəbul etməkdən imtina etdi

Dörd böyük Çin bankı bu yaxınlarda ABŞ-ın ikinci dərəcəli sanksiyaları təhlükəsi səbəbindən Rusiyadan ödənişləri qəbul etməkdən imtina edib.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, həmin banklar Çinin ən böyük bankı olan "ICBC" , eləcə də "China Citic Bank", "Industrial Bank" və "Bank of Taizhou"dur.

“İmpaya Rus” şirkətinin kommersiya direktoru Aleksey Razumovski xəbərdarlıq edib ki, əvvəllər Rusiyadan ödənişlərə daha loyal yanaşan kiçik təşkilatlar iri banklardan nümunə götürməyə başlayıblar.

Humay İSGƏNDƏRLİ

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla