AZ

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - YENİLƏNİB - VİDEO

Aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

***

09:43

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində, "Gənclik Park"ın qarşısında qeydə alınıb.

Tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi "Hyundai" markalı avtomobil digər "Hyundai" ilə toqquşaraq aşıb. Nəticədə aşan avtomobil yol kənarında olan "Kia Soul" markalı avtomobilə çırpılıb.

Nəticədə 1 nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
14
3
Mənbələr
Şərh ()
Bağla