AZ

Şərqi Zəngəzur RTİ- də nə qədər şagird  inkluziv təhsil alır?

İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir.


Maraqlıdır, regional təhsil idarələrində neçə inkluziv sinif fəaliyyət göstərir?


AzEdu.az Təhsil Portalı olaraq Regional Təhsil İdarələrinə sorğu ünvanladıq.


Sorğumuza cavab olaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən bildirilib ki, 1 şagird inkluziv təhsilə cəlb olunub.

 

“Şərqi Zəngəzur RTİ üzrə 1 məktəbdə -Zəngilan rayon Ağalı kənd tam orta məktəbində I sinfində inklüziv təhsil var”.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla