AZ

Aytən Səfərova ağır qəzaya düşdü - Xəstəxanadadır - Açıqlama

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Bakupost.az -a bildirilib ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Seçilən
23
1
Mənbələr
Şərh ()
Bağla