AZ

“5 aprel” ilə “5-ci kolon”u birləşdirən nədir?

Azərbaycandakı işi-gücü bilinməyən redikül müxalifəti qısa şəkildə səciyyələndirmək zərurəti yaransa, tam cəsarətlə “tez-tez cild dəyişən siyasi buqələmunlar” ifadəsini işlədə bilərik. Buqələmunlarda  rəng dəyişmək, mühitə uyğunlaşmaq və bununla da bioloji müxtəliflikdə özlərini qorumaq ilahi Yaradan tərəfindən onlara verilən instinktdir. Başda AXCP sədri Əli Kərimli, qondarma “Milli şura” təmsilçiləri Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli və digərləri olmaqla bütün  rediküllər yığnağı isə buqələmunluğu sonradan qazanıblar. Belə demək mümkündürsə, bu, onların şüurlu seçimidir. Həm də söhbət rəng dəyişikliyindən yox, əqidə, məslək, ideya satqınlığından gedir ki, bu da lənətə layiqdir.

Kremlə şanlı məktub

Əli Kərimli kimi simalar təxminən otuz ildir ki, redikülmüxalifət düşərgəsini inhisara alıblar. AXCP sədri və onun çiyindaşları burada özlərinin monopoliyalarını yaradıblar, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Onların cidd-cəhdi ilə özgələr qapalı məhdud dairəyə buraxılmırlar. Bu, başqa bir söhbətin mövzusudur. Qayıdaq məslək məsələsinə. Siyasi baxışlar, əqidə və onlara sadiqlik özünü siyasətdə görən, bu çətin yolu tutanlar üçün həmişə müstəsna önəm daşıyıb. Elə müxalifətçilk anlayışı da buradan yaranıb. Yəni sən dünyagörüşünə, fəaliyyət istiqamətinə görə digərlərindən, məsələn, iqtidar komandasından fərqlənirsən və tutduğun yolda fədəkarlıqlar göstərməyə, məhrumiyyətlərlə üz-üzə qalmağa həmişə hazır olursan. Azərbaycandakı rediküllərin isə ideya mübarizəsi ilə hər hansı bir əlaqəsi yoxdur. Ən azından bunu təsdiqləyəcək bir fakt belə göstərmək mümkün deyil. Çünki belə fədəkarlıq nümunəsi yerli-dibli yoxdur. Düşərgədə “lövbər” salanlar dəyişməsə də, cəmiyyət vaxtaşırı onların əqidə dəyişmələrinin şahidi olur. Bunun təsdiqi üçün bir neçə məqama diqqət çəkmək yetərlidir. 

Çox da uzaq tarix olmayan 2013-cü il. Həmin ildə qondarma “Milli şura” yığnağının təmsilçiləri Kreml sahibi V.Putinə şanlı məktub ünvanlayıblar. Kremlə ünvanlanan həmin şanlı məktubun məzmunu ilə siyasi buqələmunlar adlandırdığımızkəsimin ən azından bugünkü leksikonu tamam ziddiyyət təşkil edir. Heyrətlənirsən ki, insan olan kəsi bu dərəcədə dəyişməyə hansı qarşısıalınmaz qüvvə və vazkeçilməz amillər məcbur edib? Fikrimizi əsaslandırmaq üçün əlahəzrət faktlara müraciət edək. Rediküllər bu gün həmin məktubu unudublarmış kimi görünsələr də, internet resursları hər kəsə açıqdır  və qısa axtarış aparmaqla ona çıxış əldə etmək mümkündür. Əli Kərimli və çiyindaşları bu gün Rusiya prezidentinin ünvanına  “diktator”, “hüquq və azadlıqları boğan siyasətçi” kimi ifadələr səsləndirməkdən çəkinmirlər. Hərçənd ki, buna onların mənəvi haqqı çatmır. Zamanında Kremlə ünvanlanan məktubda isə  V.Putinə “demokratik və hüquqi dövlət qurucusu” kimi xitab olunur. Rusiyanın dövlət başçısına böyük hörmət hissi ilə yazılmış məktubda oxuyuruq: “Biz əminik ki, dövlət başçısı kimi bu hisslər cənab Putin, Sizə yaxındır və biz istəyirik ki, onlar (demokratik dəyərlər nəzərdə tutulur - red.) Rusiyada olduğu kimi Azərbaycanda da reallığa çevrilsin”. 

Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur. Rusiyanın dövlət başçısı ölkəsinin milli maraqlarına uyğun siyasətini dünən olduğu kimi, bu gün də eyni ardıcıllıqla davam etdirir. Dəyişən isə bizim rediküllərin simasız simalarıdır.

Ağ əmmaməli rediküllər

Cəmi iki il ötəndən sonra  - 2015-ci ildə Nardaran hadisələri yaşandı. Həmin hadisələrdə yaralananlar və həyatlarını itirənlər oldu, iştirakçıların bir çoxu həbsə alındılar. Sonradan bu olaylarda da Əli Kərimlinin və digər rediküllərin əli olduğu üzə çıxdı. Bu gün Əli Kərimlini başına qoyduğu ağ əmmamədə, əyninə geydiyi qara rəngli uzun çuxada təsəvvür etmək çətindir. Ancaq Nardaran hadisələri baş verən arada o, özünü sözün əsl mənasında dini təəssübkeş kimi aparırdı, qəsəbədə ölkənin mövcud dövlət quruluşuna qarşı çıxanları boğazdanyuxarımüdafiə edirdi. Düşərgədə dini etirazçılarla həmrəylik jesti olaraq qara bayraq ucaldılırdı. AXCP sədrinin zamanında Nardaran hadisələrinin əsas siması sayılan Tale Bağırzadəyəsimpatiya nümayiş etdirməsi yaddaşlardan silinməyib. Proseslər başqa istiqamətdə cərəyan etdikdə isə Əli Kərimli radikal şəkildə geridönüş edərək T.Bağırzadəni dostlar siyahısından sildi. AXCP, qondarma “Milli şura”  Nardaran hadisələrində təhrikçi rol almalarına görə məsuliyyət daşıyırdılar. Ancaq özünü redikül düşərgənin lideri sayan Əli Kərimli bəzi çiyindaşlarını, o cümlədən də Fuad Qəhrəmanlını qurban verməklə sudan quru çıxmağı bacardı və özünü həbsdən kənarda saxladı.

Saatların Brüssellə  uyğunlaşdırılması

İndi isə Əli Kərimli və onun çiyindaşları üçün saatlarını (oxu: əqidələrini - red) Brüssellə uyğunlaşdırmaq zamanı gəlib. Təəccüblü bir şey yoxdur. Hazırda küləklər Şimaldan deyil, Qərbdən - uzaq Avropadan əsir. Əli Kərimli də adətinə xilaf çıxmayaraq özünü səmt küləyinə uyğunlaşdırır. Bəli, son günlərdə Brüsselin adı Cənubi Qafqaz coğrafiyasında tez-tez xatırlanır. Kollektiv Qərb burada Rusiyaya qarşı hələlik ideoloji-siyasi müstəvidə yeni cəbhə açmaq planlarını reallaşdırmağaçalışır. Plasdarm kimi isə Ermənistan seçilib.  Ermənilərin hiyləgər və fürsətcil olduqları hər kəsə yaxşı bəllidir. İndi bu ölkənin lideri Nikol Paşinyan öz hakimiyyətini qorumaq naminə Avropanın çətiri altına keçməyə hazırlaşır və bu istiqamətdə çabalamalar sərgiləyir. 

Cari il aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan rəsmilərinin iştirakı ilə baş tutan görüşdən sonra redikül müxalifət düşərgəsində müşahidə edilən hərəkətlilik onu deməyə əsas verir ki, həndəsi fiqurun digər bir tərəfində də Əli Kərimlinin dəstəsi dayanır. 5 aprel görüşündən sonra Qərbdəkianti Azərbaycan və ermənipərəst dairələr hansı yollarlasa Azərbaycandakı daxili sabitliyi, iqtidar-xalq həmrəyliyini pozmaq üçün hərəkətə keçiblər. Ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilir. Açıq-aydın görünür ki, Qərbdəki bəlli mərkəzlər Azərbaycanın uğurlarını, o cümlədən də öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini təmin etməsini sinirə bilmirlər. Bu bədnam xorda “sapı özümüzdən olan baltalar” - rediküllərdən ibarət “beşinci kolon”  təmsilçiləri də məmnuniyyətlə yer alıblar. Rediküllər tərəfindən aprelin 21-də “seçki mitinqi”nin keçirilməsinin anons edilməsi bunun əyani təzahürüdür. Sual olunur: Sosial baza qıtlığına görə bir qayda olaraq seçkilərdən kənarda qalan AXCP, qondarma “Milli şura” 5 aprel Brüssel görüşündən dərhal sonra mitinq keçirməyə qərar verməsi hansı zərurətdən ortaya çıxıb? Cavab sadədir. “Beşinci kolon” təmsilçiləri bağlı olduqları Qərb dairələrinin çaldıqları havaya oynayırlar. Qərbdən Azərbaycandakı daxili sabitliyi pozmaq tezisi gəlibsə, rediküllər sifarişə uyğun davranmağa məhkumdurlar. ..

MÜBARİZ

Seçilən
46
48
Mənbələr
Şərh ()
Bağla