AZ

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib

APA-nın Şirvan bürosu xəbər verir ki, Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib. 

Rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 1962-ci il təvəllüdlü - Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.

Seçilən
43782
11
Mənbələr
Şərh ()
Bağla