AZ

Yüksək bal toplayan şəhid qızı atasının şəkli önündə hönkür-hönkür ağladı - Video

Martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunduqdan sonra yüksək bal toplayan şəhid qızı sevincini hər kəsə göz yaşları ilə hiss etdirib.

Teleqraf.com xəbər verir ki, hər kəsi göz yaşına boğan Aysu Ağayeva Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan 21 nömrəli tam orta məktəbin şagirdidir.

Aysu Ağayeva buraxılış imtahanından 249 bal toplayaraq atasına verdiyi sözü tutub. Yüksək bal topladığını eşidən Aysu, Atasının şəkli önünə gələrək hönkür-hönkür ağlayıb.

Onun bu sevinc göz yaşları hər kəsi duyğulandırıb.

Qeyd edək ki, Aysu Ağayeva, 44 Günlük Vətən Müharibəsi şəhidi Ramil Ağayevin qızıdır.


Müəllif: Teleqraf.com
Seçilən
39
Mənbələr
Şərh ()
Bağla