AZ

Mobil tətbiqi olan sığorta şirkətlərinin hansı üstünlükləri var?

Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev bildirib ki, ölkədə fəaliyyət göstərən 10 sığorta şirkətinin mobil tətbiqi yoxdur.

Mobil tətbiqi olan sığorta şirkətlərini digərlərindən fərqləndirən cəhətləri nədir? Bütün sığorta şirkətlərinin mobil tətbiqi olmalıdır?

Bu barədə Valyuta.az-a danışan sığorta eksperti İlkin İbrahimovun sözlərinə görə, hazırda ölkəmizdə elə sığorta şirkətləri var ki, onların saytları vasitəsilə belə sığortalanma həyata keçirmək mümkün deyil: “İndi tətbiqi deyirik, amma elə sığorta şirkətləri var ki, saytları vasitəsilə belə onlayn sığortalanmanı təşkil edə bilməyiblər. Bəzi sığorta şirkətləri vətəndaşlara hələ də, 2 və ondan aşağı həcmdə mühərrikli avtomobillərin icbari sığortası ilə bağlı problemlər yaşadırlar. Vətəndaş sığorta şirkətinin saytına daxil olan zaman orada müəyyən problemlərlə qarşılaşır. Məsələn, müştərilər etibarnamənin düzgün tətbiq olunub-olunmaması və digər kiçik məsələlər ilə bağlı problemlər yaşayırlar. Bu kimi bütün problemlərin həll olunması ölkəmizdə elektron sığortanın inkişafına təkan verər”.

İ.İbrahimov deyir ki, sığorta şirkətlərinin saytları vasitəsilə normal şəkildə sığorta həyata keçirmək mümkün olduqdan, bu sistem yaxşı qurulduqdan sonra növbəti mərhələ üçün tətbiqlə sığortalanmadan danışa bilərik: “Bu səbəbdən, ilk növbədə sığortalanmanı onlayn qaydada həyata keçirmənin mümkün olub-olmaması bizim müzakirə mövzumuzdur. Bu məsələlərin aradan qaldırılması mobil tətbiqlərdə vətandaşların daha rahat sığortalanmasına gətirib çıxara bilər. Mobil tətbiq vasitəsi ilə qəzanın şəkillərini, qəzanın baş vermə səbəbini və s. nüansları rahatlıqla sığorta şirkətinə yönləndirmək olar. Mobil tətbiqləri olan şirkətlər vətandaşlar ilə daha rahat əlaqə yarada bilirlər”.

Əvəz Həsənov

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla