AZ

DİM ADA Universitetinin layihəsində iştirak edəcək

2024-cü il 16-25 aprel tarixlərində DİM-in əməkdaşları ADA Universitetinin dəvəti ilə “Məşğulluq həftəsi”ndə (Employability Week) təqdimatçı qismində iştirak edəcəklər.

 

AzEdu.az xəbər verir ki, “Məşğulluq həftəsi” müxtəlif fəaliyyət istiqamətləri üzrə tərəfdaş qurumlar tərəfindən təlimlər silsiləsi və seminarların keçirilməsi üçün nəzərdə tutulub.

 

Təlimlərin məqsədi karyera tendensiyaları ilə bağlı ADA Universitetinin 2–4-cü kurs və magistratura tələbələri arasında məlumatlılığı artırmaq tələbələrlə potensial işəgötürənlər arasında əlaqə yaratmaq, o cümlədən spesifik fəaliyyət sahələri ilə əlaqədar zəruri texniki biliklər barədə iştirakçıları məlumatlandırmaqdan ibarətdir.

 

Layihədə DİM-lə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Beynəlxalq Bankı, Paşa Bank, Kapital Bank, “Azerbaijan Coca‑Cola Bottlers” MMC, “Azerconnect” MMC, “Deloitte & Touche” MMC, “Ekvita” MMC, “Ernst & Young Global Limited Azərbaycan”, “PAŞA Həyat Sığorta” ASC, “PMD Group” MMC və digər qurumların nümayəndləri iştirak edirlər.

 

Təlimlər aşağıdakı mövzular üzrə ingilis dilində keçirilir:

 

  • emosional zəkanın rolu;

  • sahə (sənaye) anlayışları;

  • müsahibə bacarıqlarının təkmilləşdirilməsi;

  • müvəffəqiyyət üçün bacarıqların artırılması və iş etikası;

  • sahibkarlıq və innovasiya;

  • şəxsi brendinq və rəqəmsal şəbəkə.

 

Qeyd edək ki, DİM artıq üç ildir ki, “Məşğulluq həftəsi” layihəsində iştirak edir.

 

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla