AZ

Artak Zakaryan: “Vəziyyət çox pisdir”

“Paşinyan iqtidarının həyata keçirdiyi anti-hökumət addımları o qədər şiddətli və kəskindir ki, ictimaiyyət onsuz da müxalifətdən betər bu hakimiyyətə qarşı çıxıb. Üstəlik, vəziyyət o qədər gərgindir ki, polis hətta yarana biləcək xaosa nəzarət edə bilməyəcək. Bu səbəbdən də ölkənin xaosa çevrilməməsi üçün milli müxalif siyasi qüvvələr qanuni yolla həmin prosesi hakimiyyət dəyişikliyinə aparmalıdır”.

KONKRET.az xəbər verir ki, bu sözləri bildirib .

“Bunlar vəziyyəti o qədər pisləşdirib ki, hətta növbəti milli və peşəkar hökumətin xalqımızın həyati tələblərini yerinə yetirməsi çox çətin olacaq”, – deyə Artak Zakaryan vurğulayıb. Ermənistanda hakimiyyət dəyişikliyi bu ehtimalı xeyli azaldacaq.

“Paşinyan və onun xəyanət ortaqları hakimiyyətdə olduğu müddətdə müharibə mümkündür. Erməni xalqının taleyini həll etməli olan Paşinyan deyil. Əksinə, Nikol Ermənistanın təhlükəsizliyini sıfıra endirib. Bu baxımdan erməni xalqının indiki vəziyyətdə etməli olduğu yeganə şey hökumətin rəvan dəyişməsidir. Əvvəlki liderlər bu dövlətin siyasi sərvətidir, yaxşıdırlar, ya pisdirlər, hardasa səhv ediblər, bu başqa məsələdir. Əsas odur, onların fəaliyyəti dövlətə ontoloji təhlükələr gətirmədi”, – deyə Zakaryan bildirib.

Natiq Səlim,

KONKRET.az

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla