AZ

""Nə villalarım, nə təyyarəm, nə də yaxtam var" - "Telegram" ın yaradıcısı Durov

“Nə villalarım, nə təyyarəm, nə də yaxtam var”.

Azpost.info bildirir ki, bu sözləri “Telegram” ın yaradıcısı Pavel Durov amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibəsində bildirib. Müsahibə jurnalistin X sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

Pavel Durov deyib ki, on ildir ki, onun bank hesabında və ya bitkoinlərdə bir neçə yüz milyon dollar pulu var.

“Mən bu pullarla bağlı bağlı heç nə etmirəm. Mənim nə daşınmaz əmlakım, nə təyyarəm, nə yaxtam var”, – Durov qeyd edib. Onun fikrincə, bu həyat tərzi ona uyğun deyil. Durov deyib ki, messencerlə işləməyə diqqət yetirməyi xoşlayır.

Müsahibə 58 dəqiqə davam edib.

İş adamı daha əvvəl də ev və təyyarə almaq istəmədiyini açıqlamışdı. Durov əmin edib ki, o, qazandığı pulu Telegram-ın inkişafına xərcləməyə üstünlük verir.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla