AZ

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının 3 əməkdaşı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinin tibb bacısı Bayramova Nərgiz Dünyamin qızı, Zarağan kənd tibb məntəqəsinin məntəqə müdiri Məmmədova Lətifə Əbülfət qızı və Mirzəbəyli kənd həkim məntəqəsinin tibb bacısı Dadaşova Şəfaqət Qara qızının yaş həddi ilə əlaqədar təqaüdə yola salınıblar.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, bununla bağlı keçirilən tədbirdə hər 2 əməkdaşın ölkəmizin səhiyyə sistemi üçün hər zaman ürəklə çalışdıqları qeyd olunub.

 

Tədbirdə müəssisənin direktoru tərəfindən təqaüdə çıxan əməkdaşlara Fəxri fərman və bir sıra hədiyyələr təqdim olunub.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla