AZ

“Klub rəhbərliyi və məşqçi özü də Musanın bu durumdan narazı olduğunu bilir” – iyun nişan verildi

Musa Qurbanlının formasını geydiyi “Yurqorden” İsveç çempionatının 3-cü turunda “Sirius”u 2:0 hesabıyla məğlub edib.

Lakin Musanın adı iştirak ərizəsinə salınmayıb. Yalnız ilk turda 70-ci dəqiqədə meydana çıxan həmvətənimiz 2-ci oyunda ehtiyatda qalıb, 3-cü oyunda, ümumiyyətlə, iştirak ərizəsinə salınmayıb. “Sirius”la matçdan sonra "Yurqorden"in baş məşqçisi Tomas Lagerlöf “heyətdə yalnız 20 oyunçu ola bilər. Komandada tarazlıq olmalıdı. Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik. Sadəcə, rəqabətə görə bu seçimi etdik” deyib. Bəs belə durum futbolçunun meneceri Tural Əsgərlini narahat edirmi? Onun “Football-plus.az”a söylədikləri:

“Vəziyyətlə tanışam. Məşqçinin açıqlamalarını da gördüm. Sadəcə, onun açıqlamalarına deyəcək bir şey yoxdu. Məşqçidi, bu gün söz sahibi odu. Bizə onun qərarlarının komandası üçün nə qədər xeyirli olacağını görüb-görməmək qalır. Səbirli olaq, görək vəziyyət necə dəyişəcək. İstənilən halda, rəqabət həmişə olub və yenə də olacaq. Bu rəqabətdə qalib çıxmaq üçün mübarizə aparmaq lazımdı. “Transfer pəncərəsi” iyunda açılır. İyuna qədər başqa hər hansı addım atmaq mümkün olmayacaq. Klub rəhbərliyi və məşqçi özü də Musanın bu durumdan narazı olduğunu bilir. Görək qarşıdakı turlarda vəziyyət necə cərəyan edəcək. Daha sonra iyunda hansısa qərar vermək olar”.

GÜNAY SÜLEYMANOVA
Seçilən
73
Mənbələr
Şərh ()
Bağla