AZ

Çempionlar Liqası: PSJ və "Dortmund"dan geridönüş - VİDEO

UEFA Çempionlar Liqasında yarımfinala yüksələn ilk iki komandanın adına aydınlıq gəlib.

"Unikal" xəbər verir ki, səfərdə 3:2 hesabı ilə PSJ-ni üstələyən "Barselona" bu dəfə rəqibini doğma meydanda qəbul edib. Fransa təmsilçisi cavab görüşündə 4:1 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.

Digər oyunda "Borussiya Dortmund" və "Atletiko Madrid" komandaları üz-üzə gəliblər. İlk matçda rəqibinə 2:1 hesabı ilə qalib gələn İspaniya təmsilçisi üstünlüyü qoruya bilməyib. Cavab görüşündə 4:2 hesabı ilə paytaxt klubunu məğlub edən almanlar yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər oyunları aprelin 17-də keçiriləcək.

Seçilən
93
40
Mənbələr
Şərh ()
Bağla