AZ

"Din xadimlərinin narkotik, narkoticarət kimi məsələlərdə adlarının hallanması din və din xadimləri haqqında fikirləri zədələyir" - Deputat

“Din xadimlərinin narkotik, narkoticarət kimi məsələlərdə adlarının hallanması din və din xadimləri haqqında fikirləri zədələyir. İnsanlarda mənfi fikirlər, düşüncələr yaradır. Əslində, bu, sadə deyil, çox ciddi və önəmli məsələdir. Din xadimləri cəmiyyətin hörmət olunan, ən nüfuzlu şəxslərindən biri olmalıdırlar. Çünki onlar insanlara dini, Allahın kəlamını çatdırırlar. Buna görə də din xadimlərinin adlarının hər zaman saf, təmiz olması önəmlidir. Təəssüf ki, biz zaman-zaman Azərbaycanda bu kimi hadisələrin, faktların şahidi oluruq. Bu da cəmiyyətdə ciddi suallar yaradır, müzakirələrə yol açır”. 

 

Bu sözləri Pravda.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Neftçala rayonunda həbs edilən narkotacirlərdən birinin axund olması xəbərinə münasibət bildirərkən deyib. 

 

Deputat hesab edir ki, din sahəsində bu cür mənfi proseslərin baş verməməsi üçün daha dəqiq addımların atılmasına, tədbir görülməsinə ciddi ehtiyac var: “Əks halda, bu kimi halların daha da artmasının, geniş yayılmasının açıq-aydın şahidi olacağıq”. 

 

Aytəkin Qardaşova 

Tarix: 17 Aprel 2024, 09:19   
Seçilən
93
Mənbələr
Şərh ()
Bağla