AZ

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı

Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.
Aktual.az  xəbər verir ki, sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika artıq Qarabağ ərazisini tərk edir. Sülhməramlılara məxsus hərbi texnikaların Tərtərdə hərəkətini əks etdirən görüntülər də yayılıb. Lakin onların hansı istiqamətdə hərəkət etdiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.
Seçilən
65
Mənbələr
Şərh ()
Bağla