AZ

Litva Rusiyadan taxıl alışını bərpa etdi

Litva altı aylıq fasilədən sonra fevral ayında Rusiyadan taxıl alışını bərpa edib.

Bu barədə Avropa Statistika Xidməti yazır.

Litva müntəzəm taxıl idxalını 2023-cü ilin may ayında dayandırıb, sonuncu tədarük isə həmin ilin iyulunda olub. Həmin vaxtdan bəri ilk tədarük fevral ayında baş tutub – 1,95 milyon avro dəyərində 12,2 min ton idxal edilib.

Martın 20-də Litva, Latviya, Estoniya, Polşa və Çexiyanın kənd təsərrüfatı nazirləri Avropa Komissiyasını Rusiya və Belarusdan Avropa İttifaqına taxıl idxalını qadağan etməyə çağırıblar. Polşa həmçinin Rusiya və Belarus taxılına 50% rüsumun tətbiqinin tərəfdarı olub.

Mənbə: Bloomberg

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla