AZ

ABŞ yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Milli Təhlükəsizlik müşaviri Jake Sullivan ABŞ-ın yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyini, onun raket və dron proqramlarını hədəf alacağını bildirib.

Bu barədə Ağ Evin mətbuat xidməti xəbər verir.

Sallivanın sözlərinə görə, İranın İsrailə hücumundan sonra ABŞ prezidenti Co Bayden Vaşinqtonun müttəfiqləri və tərəfdaşları, o cümlədən “Böyük Yeddilik” və Konqresdəki Demokratik və Respublikaçı partiyaların liderləri ilə birlikdə Tehrana qarşı hərtərəfli reaksiya hazırlamağa başlayıb. Yaxın günlərdə İrana qarşı yeni sanksiyalar Tehranın raket və pilotsuz təyyarə proqramlarını, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və İran Müdafiə Nazirliyini dəstəkləyən şirkətlərə qarşı sanksiyalar tətbiq edəcək.

Sallivan ümid etdiyini bildirib ki, Vaşinqtondan sonra ABŞ-ın müttəfiqləri və tərəfdaşları İrana qarşı öz sanksiyalarını tətbiq edəcəklər.

Mənbə: CNN Türk

Seçilən
60
50
Mənbələr
Şərh ()
Bağla