AZ

"Hizbullah" liderləri sui-qəsdin qurbanı oldular

İsrail ordusu Livanın cənubunda "Hizbullah" liderlərindən birini sui-qəsdlə öldürdüyünü iddia edib.

"Unikal" xəbər verir ki,  bu barədə İsrail mətbuatı məlumat yayıb. 

Bildirilir ki, Muhammed Hüseyn Mustafa Şahhuri  İDF tərəfindən edilən hücumda ölüb. Şahhuri Livandan İsrailə qarşı bir çox raket hücumunun planlayıcısı və icraçısı imiş. "Hizbullah"ın raket hücumlarına görə məsuliyyət daşıdığı iddia edilən Mahmud İbrahim Fədlallahın da öldürüldüyü bildirilib.

Bununla yanaşı, "Hizbullah"ın verdiyi açıqlamada Şahhuri və Fədlallahın Livanın cənubunda öldüyü təsdiqlənib.

Beləliklə, 2023-cü il oktyabrın 8-dən etibarən İsrail ordusu ilə sərhəd xətti arasında baş verən qarşıdurmalarda ölən "Hizbullah" üzvlərinin sayı 276-ya yüksəlib.

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Hizbullah yaraqlılarının öldürülməsindən məmnunluğunu ifadə edərək, “İsrail ordusunun sui-qəsd əməliyyatlarının” müharibədən sonra da davam etməli olduğunu müdafiə edib.

Gülayə Mecid

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla