AZ

Poçettino: “Çelsi”nin akademiyası dünyada ən yaxşılardandır”

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino klub akademiyasının oyunçuları haqda söhbət açaraq, onların perspektivlərini qiymətləndirib.

Arena.az “Çelsi”nin rəsmi saytına istinadən, argentinalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, akademiya oyunçuları əsas komandaya çox yaxındırlar. Biz məşqçilər qərargahı olaraq akademiya ilə sıx əməkdaşlıq edirik. Mövcud şəraitə görə isə, o cümlədən bizim üçün gənc oyunçuları hər həftə bizimlə məşq etməyə dəvət edə bilərik.

Bu, onlar üçün öz keyfiyyətlərini nümayiş etdirmək baxımından yaxşı fürsətdir. Biz gerçəkçiyik, amma onlara bu imkanı verə bilsək, onlar sabit ola bilərlər. Düşünürəm ki, “Çelsi” təkcə İngiltərədə deyil, dünyanın ən yaxşı akademiyalarından birinə malikdir – biz bu uşaqların qayğısını çəkməyə borcluyuq. Onların bəzilərinin komandaya qoşulmaq imkanı olacaq”, deyə Poçettino vurğulayıb.

Hazırda “Çelsi” 31 oyundan 47 xalla Premyer-Liqanın yarış cədvəlində 9-cu pillədə qərarlaşıb. Premyer Liqaya 32 oyundan 73 xalla “Mançester Siti” rəhbərlik edir.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla