AZ

Serdar Kılıç İrəvana nə vaxt gələcək? – Ermənistan XİN-dən cavab verildi…

Rəsmi İrəvan Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında davamlı təmaslara önəm verir, lakin Türkiyə tərəfi ilə qarşıdakı Serdar Kılıç-Rubenyan görüşlə bağlı hələlik konkret razılığa malik deyil.
 
Moderator.az xəbər verir ki, bunu səhər saatlarında “Hraparak” nəşri yazır.
 
“ Türkiyənin xüsusi nümayəndədi Serdar Kılıçın Ermənistana səfərinin nə vaxt planlaşdırıldığı, Türkiyə rəsmisinin Ermənistana gəlişinin gündəminin nədən ibarət olması, regional kommunikasiyaların açılması məsələsinin Türkiyənin xüsusi elçisinin səfərinin gündəliyinə daxil edilib-edilməməsi ilə maraqlandıq. 
 
“Ermənistan Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesində konstruktiv iştirakını davam etdirir və xüsusi nümayəndələrin davamlı təmaslarına önəm verir. Hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında görüşün keçirilməsi ilə bağlı konkret razılaşma və razılaşdırılmış gündəm yoxdur”, -  XİN-in cavabında belə deyilir”- erməni nəşrinin məlumatında bildirilir.
 
S.Laçın
 
 
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla