AZ

Fəhlənin ölümündə günahlandırılan "Range Rover"in sürücüsünə cəza verildi

Abşeron Rayon Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən T.İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. 

 

İttihama görə, hadisə 31 iyul 2023-cü il tarixdə, saat 13 radələrində Bakı-Quba avtomobil yolunun 17-ci km-də Abşeron rayonu, Saray qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Quba rayon sakini, 1986-cı il təvəllüdlü T.İbrahimovun idarə etdiyi "Range Rover" markalı avtomobillə Abşeron rayon Kommunal Xidməti İdarəsinin "Ford" markalı yük avtomobili toqquşub. Nəticədə "Ford" yük avtomobili aşıb və sərnişin 1983-cü il təvəllüdlü Elman Həzrətquliyev ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, T.İbrahimov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 17 Aprel 2024, 08:53   
Seçilən
72
Mənbələr
Şərh ()
Bağla