AZ

Qadın sürücünün öldüyü qəza ilə bağlı hökm çıxarıldı

Abşeron Rayon Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlkin Əbilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. 

 

İttihama görə, hadisə 18 mart 2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan qolunda “Daşlı yamac” adlandırılan ərazidə baş verib.

 

Belə ki, Əbilov İlkin Məmməd oğlu tərəfindən idarə edilən “Opel Combo” markalı, 77-XN-342 dövlət qeydiyyat nişanlı, Mürvətov Səxavət Qüdrət oğlu tərəfindən idarə edilən “VAZ-2107” markalı, 90-VZ-093 dövlət qeydiyyat nişanlı və Zeynalova Sevinc Vilayət qızının idarə etdiyi “Nissan Micra” markalı,77-HN-489 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Nəticədə “Nissan Micra” markalı avtomobilin sürücüsü Sevinc Zeynalova Bakı, şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 15 saylı Təcili Tibbi Yardım Stansiyasına aparılarkən yolda almış olduğu xəsarətlərdən ölüb.

 

Hadisədən sonra İlkin Əbilov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 17 Aprel 2024, 08:56   
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla