AZ

Myanmarın həbsdə olan keçmiş prezidenti ev dustaqlığına buraxılıb

Myanmarın həbsdə olan keçmiş prezidenti Aung San Suu Kyi həbsxanadan ev dustaqlığına buraxılıb.

APA xəbər verir ki, bu barədə Myanmardakı hərbi xuntanın sözçüsü bildirib.

78 yaşlı Nobel mükafatı laureatı olmuş keçmiş prezident rüşvətdən tutmuş ölkənin telekommunikasiya qanunvericiliyinin pozulmasına qədər müxtəlif cinayətlərə görə 27 il həbs cəzası gözləyir.

O, bütün ittihamları rədd edir. O, 2021-ci ilin fevralında ölkədə çevrilişindən sonra hərbi xunta tərəfindən saxlanılıb.

Myanmardakı hərbi xunta rejimi ölkənin ənənəvi Yeni il bayramı münasibətilə müntəzəm amnistiyaya əsasən 3300-dən çox məhbusun əfv olunduğunu da elan edib.

Bildirilib ki, qətl, terror və narkotik ittihamı da daxil olmaqla ciddi cinayətlərə görə məhkum olunanlar istisna olmaqla, digər məhkumların da həbs müddəti azaldılacaq.

Seçilən
75
3
Mənbələr
Şərh ()
Bağla