AZ

“Tarixdə bu gün” - 17 apreldə nələr olub?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

17 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

17 aprel Ümumdünya Hemofiliya Günüdür:

 

Bu tarixin seçilməsi Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır. Onun təsis edilməsinin və qeyd olunmasının məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkənlərin hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatlılığını artırmaqdır.

 

17 aprel Beynəlxalq Qəhvə Günüdür:

 

Kulinariya təqviminə görə, aprelin 17-i Beynəlxalq Qəhvə Günüdür. Fransızlar gündə üç dəfə qəhvə içirlər, italyanlar onun adına fakültə açıblar, skandinaviyalılar isə onsuz yaşaya bilmirlər. Dünyada milyonlarla insanın həyatı bir fincan gümrahlaşdırıcı qəhvə ilə başlayır. Hər ölkənin isə onu hazırlama sirləri var. 

 

17 apreldə İstanbul fəth edilib:

 

1453-cü ilin 17 aprelində Fateh Sultan Mehmet İstanbul adalarını tamamilə fəth etdi.

 

17 aprel 1894-cü ildə. Azərbaycanın ilk qadın professoru Adilə Şahtaxtinskaya dünyaya gəlib.

 

O, 29 yaşından (1923) ömrünün sonunadək Tibb Universitetində ginekologiya kafedrasının müdiri fəzifəsində çalışıb. Adilə Şahtaxtinskaya əsasən qadın gigiyeniyasına dair əsərlər yazıb.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla