AZ

Kişi “Whatsapp”a girən arvadını döydü, qadın DİN-ə müraciət etdi

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Fəxri Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

 

İttihama görə, hadisə 16 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, Fəxri Əliyev arvadı, zərərçəkmiş Mələk Əliyeva (şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının istifadə etdiyi mobil telefonunda “Whatsapp” proqramı ilə statuslara baxması olub. O, əvvəlcə arvadına şifahi irad bildirib, sonra zərərçəkmiş şəxsin üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə onun sifət və baş, təpik zərbələri ilə isə qarın və bədənin müxtəlif nahiyələrinə ardıcıl vuraraq Mələyə xəsarət yetirib. 

 

Hadisədən sonra qadın DİN-in 102 “Zəng xidmətinə” məlumat verib və Fəxri Əliyev cinayət məsuliyyətinə cəlb edilib. 

 

Hazırda ər-arvad barışıb, qadın ondan şikayətçi olmadığını deyib.

 

Kamal Məmmədov

Tarix: 17 Aprel 2024, 08:48   
Seçilən
69
2
Mənbələr
Şərh ()
Bağla