AZ

Bakı Ermənistana gedən türkün dönüşünü gözləyir – "Ordumuz tutarlı cavab verəcək…"

Bakı Ermənistana gedən türkün dönüşünü gözləyir – "Ordumuz tutarlı cavab verəcək…"

Ermənistanın Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlara Azərbaycan Ordusu adekvat cavab verir. Maraqlıdır ki, Qubadlı istiqamətində baş verən təxribat nəticəsində baş leytenant Rövşən Məmmədovun yaralanmasına rəsmi Bakı təmkinli yanaşdı.

Ermənistanın son sərhəd təxribatına Azərbaycan niyə kəskin cavab vermədi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, üzərinə götürdüyü öhdəlikləri 4-cü ildir yerinə yetirməyən Ermənistan 5 aprel Brüssel görüşündən başlayaraq Azərbaycana qarşı təxribatlar törətməkdə davam edir:

"Qazaxın kəndlərinin boşaldılmasından, konstitusiya dəyişikliyindən bəhs edən İrəvan şərti dövlət sərhədində Azərbaycana qarşı aqressiv fəaliyyətlərini intensivləşdirib. Rəsmi Bakı sülhün və sabitliyin tərəfdarı olmasaydı, istənilən təxribatların birində İrəvanı çox sərt şəkildə cəzalandırardı".

Hərbi ekspertin fikrincə, Azərbaycan vəziyyətin gərginləşməsinin tərəfdarı olmadığı üçün mümkün qədər təmkinli davranmağa çalışır:

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri həm də sülh üçün Azərbaycanın müəyyən təkliflərini Nikol Paşinyana çatdırmaq məqsədi daşıyırdı.

Ermənistan Qubadlı istiqamətindəki təxribat nəticəsində baş leytenant Rövşən Məmmədovun yaralanmasından təəssüfləndiyini bildirdi. Atəşin elə İrəvan tərəfindən açıldığını elan etməklə vəziyyəti yumşaltmağa çalışdı. Fikrimcə, Azərbaycan türk liderin (Tokayev – red.) səfərinin nəticələri məlum olduqdan sonra Ermənistana tutarlı, adekvat cavab verəcək. Bu günə qədər törədilən heç bir təxribat cavabsız qalmayıb, bundan sonra da qalmayacaq".

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla