AZ

Restorandan çıxan müştəri “Prius”un sürücüsünü döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Kərim Əbilovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib.
 

İttihama görə, hadisə 10 fevral 2024-cü il tarixdə, gecə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Şuşa Qalası” restoranın qarşısında qeydə alınıb.

 

Belə ki, 1994-cü il təvəllüdlü Kərim Əbilov restoranda istirahət etmiş yaxınlarını evə yola salmaq üçün həmin ünvana “Uber” şirkətində fəaliyyət göstərən “Toyota Prius” markalı avtomobili sifariş edib. Taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmiş Niyaz Həsənov (şərti) onu yaxınlarının avtomobilə əyləşmələrindən ötrü tələsdirərək gözləməyə vaxtının olmamadığını bildirib. Kərim də sürücüyə əsəbiləşərək onunla mübahisə edib. Sonra o, zərərçəkmiş şəxsin üzərinə hücum edib sol qapının pəncərə şüşəsinin açıq olan yerdən sükan arxasında əyləşmiş Niyazın sifətinin nahiyəsinə bir dəfə yumruqla qəsdən zərbə endirib.

 

Hadisədən sonra Kərim Əbilov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 17 Aprel 2024, 08:46   
Seçilən
71
Mənbələr
Şərh ()
Bağla