AZ

Yaponiya NATO ilə əməkdaşlığı gücləndirməyə davam edəcək

Yaponiya əsas dəyərləri və strateji maraqları bölüşdüyü NATO ilə strateji əməkdaşlığı gücləndirməyə davam edəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin illik hesabatında deyilir.

“Dəyişən beynəlxalq təhlükəsizlik mühitinə cavab olaraq və beynəlxalq hüquqa əsaslanan beynəlxalq nizamı qorumaq və möhkəmləndirmək üçün Yaponiya əsas dəyərləri və strateji maraqları bölüşdüyü NATO ilə strateji əməkdaşlığı inamla gücləndirəcək”, – sənəddə deyilir.

Hesabat müəllifləri xatırladır ki, 2023-cü ildə İyul ayında Yaponiyanın baş naziri Fumio Kişidanın da iştirak etdiyi NATO sammiti zamanı Yaponiya ilə NATO arasında xüsusi hazırlanmış tərəfdaşlıq proqramına dair razılaşma elan edildi.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla