AZ

Kədərli musiqi neqativ emosiyalardan qurtulmağa kömək edir

Avstraliya İncəsənət və Media Məktəbindən professoru Emeri Şubertin apardığı araşdırmaya görə, kədərli musiqi mənfi emosiyaların öhdəsindən gəlməyə kömək edir və çox vaxt həzz gətirir.

Aztibb.az bu barədə “Plos One” jurnalına istinadən xəbər verir.

Məlumata görə, eksperimentin bütün iştirakçıları öz sevimli minor musiqi kompozisiyalarını seçib, sonra isə onlardan kədərli elementləri çıxarıblar. Respondentlərin 82%-i kədərli komponentin olmamasının onların musiqidən həzz almasını azaltdığını qeyd edib.

Bundan əlavə, bir çox iştirakçı bildirib ki, kədərli musiqiyə qulaq asmaq əks effekt verir: bu, onların depressiya hallarının öhdəsindən gəlməyə kömək edir.

Elmi qənaətə görə, əldə edilən nəticələr musiqidə melanxolik notların gündəlik həyatda kədərli anlarda olduğu kimi mənfi emosiyalar doğurmaması ilə izah olunur.

Musiqi əsərlərində kədər müsbət qəbul edilir. Fakt budur ki, musiqi dinləmək təhlükəsiz mühitdə güclü emosiyalar yaşamağa imkan verir ki, bu da onları şüuraltı səviyyədə aradan qaldırmağa kömək edir.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla