AZ

Aİ rəhbərliyi dəyişməlidir - Macarıstan Baş naziri

Bakı. Trend:

Avropa İttifaqının hazırkı rəhbərliyi istefa verməlidir.

Trend-in məlumatına görə, bu barədə Macarıstan Baş naziri ViktorOrban mətbuat konfransı zamanı deyib.

""Yaşıl keçid", davamlı inkişaf siyasətləri, miqrasiya, hərbi vəsanksiya siyasətləri kimi bir neçə böyük layihə ilə Avropaİttifaqının rəhbərliyinə sahibik və bu layihələrin hamısı uğursuzoldu. Avropa İttifaqının indiki rəhbərliyi getməlidir, amma bizəyeni liderlər lazımdır", - deyə o bildirib.

Siyasətçi Macarıstanın miqrasiya və gender siyasətinə görəAİ-dən pul almayacağını deyən Avropa Komissiyasının rəhbəri Ursulafon der Leyenin sözlərini xatırladıb. Onun sözlərinə görə, Avropaİttifaqının yaratdığı qanunun aliliyi və konvensiyalar sistemisiyasi şantaj alətinə çevrilib.

Seçilən
167
7
Mənbələr
Şərh ()
Bağla