AZ

Çinin böyük bankları Rusiya ilə ödənişlərdən imtina etdi

Çin banklarının Rusiya ilə maliyyə əməliyyatları ilə bağlı vəziyyət martın sonundan etibarən pisləşib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, Rusiyadan yuan qəbulunu dayandıran banklar arasında ICBC, “China Citic Bank”, “Industrial Bank”, həmçinin “Bank of Taijou” da var. Məlumatı Ticarət və Sənaye Palatasının (TSP) nəzdində fəaliyyət göstərən Biznes Şurasının baş direktoru Aleksey Eqarmin təsdiqləyib.

Onun sözlərinə görə, sənaye malları üzrə ödənişlər xüsusilə mürəkkəbləşib, lakin istehlak məhsulları üzrə ödənişlər hələ də banklar vasitəsilə həyata keçirilir.

“Bank of China” da məhdudiyyətləri sərtləşdirib – əməliyyatların yalnız kiçik bir hissəsi Rusiyadan bu banka gedir. Çinə yuanın göndərilməsi böyük problemdir: apreldə avadanlıq idxalı buna görə çox çətin olub və bu, may ayında da davam edəcək. Hazırda Rusiya ilə əsasən kiçik Çin bankları işləyir.

Kiçik oyunçular da böyük banklardan nümunə götürməyə və məhdudiyyətlər tətbiq etməyə başlayırlar – onlar ABŞ-dan ikinci dərəcəli sanksiyaların tətbiqindən qorxurlar. Çin bankları əməliyyatların təxminən 70-80%-ni qaytarmağa başlayıb. Banklar əməliyyatdan imtinanın səbəbini izah etmirlər.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
108
Mənbələr
Şərh ()
Bağla