AZ

Britaniyanın baş naziri Netnyahu ilə İranın hucumunu müzakirə edib

Britaniyanın baş naziri Rişi Sunak israilli həmkarı Benyamin Netanyahu ilə telefonla danışıb.

Azpost.info bildirir ki, bu barədə “Dauninq Strit”dən açıqlama verilib.

Sunak Netanyahuya deyib ki, İranın hücumuna cavab olaraq indi sakitləşməyin vaxtıdır.

Hökumətin sözçüsü deyib ki, Sunak Böyük Britaniyanın İsrailin təhlükəsizliyinə və daha geniş regional sabitliyə güclü dəstəyini bir daha təsdiqləyib.

“Baş nazir Netanyahu İranın təhlükəli hücumu qarşısında göstərdiyi sürətli və qəti dəstəyə görə Böyük Britaniyaya təşəkkür edib”, – Britaniya hökumətinin açıqlamasında deyilir.

Sunak deyib ki, İran öz hesabında ciddi yanılıb və getdikcə dünya səhnəsində təcrid olunur. G7 diplomatik cavabı koordinasiya edir. O vurğulayıb ki, eskalasiya heç kimin marağında deyil və Yaxın Şərqdə qeyri-sabitliyi daha da pisləşdirəcək.

Sunak həmçinin İsrailin baş nazirinə Qəzzada dərinləşən humanitar böhrandan ciddi şəkildə narahat olduğunu bildirib: “Böyük Britaniya Qəzzanın həyati əhəmiyyətli ləvazimatları almasını, o cümlədən İsrailin mümkün qədər tez yeni yardım marşrutları açmasını təmin etmək üçün humanitar yardıma çıxışda böyük dəyişikliklər görmək istərdi”, – sözçü bildirib.

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla