AZ

"Qarabağ" və "Qəbələ" fərqi - "Zirə" də seçilir

Azərbaycan Premyer Liqasında XXX tur geridə qalıb.

Bir neçə tur əvvəl çempionluğunu təmin edən "Qarabağ" həm də ev oyunlarında ən çox xal qazanan komandadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 15 görüşdə 12 qələbə qazanıb, 1 dəfə məğlub olub. İki görüşdə isə qalib müəyyənləşməyib. "Qarabağ" bu matçlarda 43 qol vurub, 12-ni buraxıb.

Ev oyunlarında ən uğursuz statistika isə autsayder "Qəbələ"yə aiddir. "Qırmızı-qaralar" Qəbələdə keçirdiyi 15 matçda cəmi 3 qələbə qazanıb. 1 görüş bərabərliklə başa çatıb, 11 matç isə məğlubiyyətlə yekunlaşıb. Əvvəlki illərdə ev oyunlarındakı nəticələri ilə seçilən komanda indi demək olar, hər göstəricidə sonuncudur. "Qəbələ" 15 ev görüşündə cəmi 13 qol vurub, 26-nı isə buraxıb.

"Evində" ən az qol buraxan isə "Zirə"dir. Turnir cədvəlinin 4-cü sırasında qərarlaşan "qartallar" 14 görüşdə 16 qol vurub, 8-ni buraxıb. 

Kamil Əhməd
Seçilən
114
Mənbələr
Şərh ()
Bağla