AZ

Ərdoğan: İsraillə İran arasında gərginliyə səbəbkarı Netenyahudur

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, İsraillə İran arasındakı gərginliyə görə İsrailin baş naziri Binyamin Netanyahunun məsuliyyəti var. Bu barədə Vətəninfo.az  “RİA Novosti” yə istinadən xəbər verir .

“Biz görürük ki, son 7 ayda qarşısını almağa çalışdığımız təhlükələr bir-birinin ardınca gerçəkləşir. Baş verənlər göstərdi ki, Qərb öz öhdəliklərini yerinə yetirmir. Lakin vəziyyəti təkcə aprelin 13-nə keçən gecə baş verən hadisələrlə qiymətləndirmək düzgün olmazdı. Oktyabrın 7-dən İsrail hökuməti bölgədə alovu alovlandırmaq üçün təxribatçı addımlar atır”, – Ərdoğan hökumətin iclasından sonra xalqa müraciətində deyib.

Onun sözlərinə görə, İranın Dəməşqdəki səfirliyinə hücum bardağı taşıran son damla olub.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla